Koronavirus Çindən başqa 24 ölkədə qeydə alınıb – ÜST

  • SpaceTV
  • 6 Fevral 2020 12:16

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirusla (2019-nCoV) bağlı fevralın 5-nə olan rəqəmləri açıqlayıb.

SPACE TV ÜST-ə istinadən xəbər verir ki, Belçikada ilk yeni koronavirus (2019-nCoV) kəskin respirator xəstəliyinə yoluxma halı qeydə alınıb.

Dünya üzrə təsdiqlənmiş yoluxma hallarının sayı 24554 (3925 yeni) təşkil edir.

Çində 24363 (3893 yeni) yoluxma halı olub. Onlardan 3219-i ağır dərəcəlidir (431 yeni). Çində virusdan indiyədək 491 ölüm halı (66 yeni) olub. Çinin xaricində isə 24 ölkədə (1 yeni) 191 yoluxma halı (32 yeni), 1 ölüm qeydə alınıb.

ÜST Çində virusun risk qiymətləndirilməsini çox yüksək, regional və qlobal səviyyədə yüksək hesab edir.

Paylaş

 Xəbəriniz olsun