Koronavirus Çinə dərs oldu: İt əti qadağan olunur

  • SpaceTV
  • 10 Aprel 2020 16:56

Çin höküməti ölkədə it əti yeyilməsini qadağan etməyə hazırlaşır.

SPACE TV  xəbər verir ki, Çin Təsərrüfat Nazirliyi tərəfindən yayımlanan açıqlamada “ət üçün yetişdirilən heyvanlar” siyahısında itlərin qadağan olduğu bildirilib. Nazirlik bu qadağaya səbəb olaraq “mədəniyyətin inkişafını” və “heyvan haqqlarının qorunmasını” və heyvanalrdan insanlaraxəstəlik keçmə ehtimalını göstərib.

Sözügedən açıqlamadaitlər ev heyvanı kimi təsnifatlandırılıb.

Ötən günlərdən Çinin Şenzen şəhəri ölkədə it və pişik əti yeməyi qadağan edən ilk şəhər olmuşdu.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində meydana gələn yeni növ koronavirusun məhz Vuhandakı vəhşi heyvan bazarlarında yarandığı bildirilir.

Paylaş

 Xəbəriniz olsun