KORONAVİRUS – CANLI STATİSTİKA Koronavirusdan sağalan 3 uşaq anası yaşadıqlarını danışdı: “Həm özüm, həm də körpəm üçün…”

  • SpaceTV
  • 3 Aprel 2020 11:39

Yeni növ koronavirusa yoluxan 3 uşaq anası yaşadıqları barədə müsahibə verib.

SPACE TV xəbər verir ki, İngiltərənin Kent şəhərindən 39 yaşlı Karen Mannerinq koronavirusa yoluxduğu zaman 6 aylıq hamilə idi. Bundan əlavə onun 3 övladı var idi. Mart ayının ortalarından öskürək və qızdırma ilə mübarizə aparan qadını həkimlər xəstəxanaya aparmayıblar. Lakin xəstəliyinin 11-ci günü vəziyyət dəyişib:

“Təciliyi yardıma zəng vurdum, bir neçə dəqiqə sonra gəldilər. Nəfəs almaqda çətinlik çəkirdim. Məni nəfəs aparatına bağladılar”

Koronavirus diaqnozu qoyulan qadının ciyərlərində pnevmaniya təsbit edilib. Karantində 1 həftə qalan qadın o günlər barədə belə danışır:

“Heç kimin məni gəlib görməyinə icazə verilmirdi. Çox yalnız və qaranlıq günlər idi. İki-üç gün boyunca yatağa bağlı qaldım. Tualetə də gedə bilmirdim. Əgər yataq örtüyümü dəyişmək istəsələr, məni yerimdə çevirirdilər.

Nəfəs almağım çətinləşəndə yardım çağırmaq üçün bir düyməyə vururdum: həkimlər qoruyucu geyimlərini geyinərək mənə köməyə gəlirdilər. Ailəmin məni sakitləşdirməsi üçün dvaam olaraq telefonda olurdum. Ölməkdən qorxurdum və ailəm özlərini ən pis vəziyyətə hazırladıqlarını deyirdilər. Hər nəfəs üçün döyüşürdüm, həm özüm üçün, həm də bətnimdəki körpə üçün”.

Karen xəstəxanadan çıxdıqdan sonra üzünə vuran təmiz havanı unuda bilmədiyini deyir. Qadın hal-hazırda ailənin digər üzvlərindən ayrı bir otaqda həyata davam edir. Gün keçdikcə güclənsə də, öskürəkdən bir neçə ay əziyyət çəkəcəyi bildirilib.

Paylaş

 Xəbəriniz olsun