Koronavirus bu tarixdən yoxa çıxacaq

  • Space TV
  • 7 Mart 2020 10:17

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayan media üçün keçirilən brifinqdə koronavirusun (COVID-19) yoxa çıxma müddəti barədə danışıb.

SPACE TV xəbər verir ki, translyasiyanın yazısına ÜST-nın “Twitter” səhifəsində baxmaq olar.

“Koronavirus yayda yoxa çıxsa, bu, taleyin hədiyyəsi olar, lakin buna bel bağlamağa dəyməz”, – deyə Rayan bildirib.

Onun sözlərinə görə, virus qrip kimi asan yox olmayacaq.

“Hazırda bunun baş verəcəyini hesab etməyə əsas yoxdur. Buna görə də, öz-özünə keçəcəyinə ümid etmədən, virusla indi mübarizə aparmaq lazımdır”, – deyə ÜST rəsmisi qeyd edib.

Paylaş

 Xəbəriniz olsun