“Koronavirus bitəcək, amma…” – ÜST rəsmisindən pandemiyanın daha bir təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

  • Space TV
  • 16 Dekabr 2020 12:19

“Hazırda Ümumdünya Səhiyyə Təşkilatının koronavirusa qarşı tövsiyə etdiyi xüsusi bir dərman yoxdur”.

Spacetv.az-ın müxbirinin məlumatına görə, bunu virtual mətbuat konfransında ÜST-ün  Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, alınan və tövsiyə edilən dərmanların hamısı simptomatik müalicə üçündür:

“Digər normal dərmanlar barədə o qədər də məlumatlı deyiləm. Evdə müalicə alan şəxslərin həkim məsləhəti olmadan antibiotiklərdən istifadə etməsi düzgün deyil”.

“Koronavirus bitəcək, amma insanlar antibiotiklərdən çox istifadə edərsə, bunun gələcəkdə fəsadları yarana bilər”, – deyə o qeyd edib.

Paylaş

 Xəbəriniz olsun