Koronavirus Azərbaycan sərhədlərinə çatıb – Qorunmaq üçün nə etməlisiniz? / SİYAHI

  • SpaceTV
  • 26 Fevral 2020 11:55

Xəbər verdiyimiz kimi, dünya ölkələrini ram edən koronavirus artıq Azərbaycanın qonşu ölkəsi İrana çatıb.

İranda 100-ə yaxın insanda virus qeydə alınıb, amma bu rəqəmin daha yüksək olduğu təxmin edilir. Virusun İran Səhiyyə nazirinin müavininə yoluxmuş olması da ölkədəki vəziyyətin kritik olduğunu göstərir.

Qonşu ölkə İrana Azərbaycandan hər gün minlərlə insanın gedib gəldiyini nəzərə alaraq, Azərbaycanda insanlar virusa yoluxmamaq üçün bəzi vasitələrin ehtiyatını tutmalıdır və tədbirlər görməlidir.

SPACE TV hər bir kəs üçün və hər bir evdə olmalı bəzi qorunma və profilaktik vasitələrin siyahısını təqdim edir.

1. Tibbi maska – xüsusən keyfiyyətlisi, üçqat olanlar

2. Tibbi rezin əlcəklər – ictimai yerlərdə istifadə etmək üçün

3. Yüksək keyfiyyətli antibakterial sabun – ev və iş yerlərində əlləri yumaq

4. Dezinfeksiyaedici vasirələr – etanol, tibbi spirt, xlorgeksidin, antibekterial gellər, çantada gəzdirməli

5. Buruna çəkmək üçün Oksolin mazı (az da olsa viruslardan qoruyur, çölə çıxanda buruna içəri doğru çəkilir, evə gələndə spirtlə silinib yuyulur)

6. Tamiflyu preparat – ötən illər donuz qripinin profilaktika ,müalicəsi üçün təyin olunurdu və onun koronavirusa da təsir etdiyi deyilir

7. İltihab və qızdırma əleyhinə dərmanlar

8. C vitamini, Ringer məhlulu, burunu yumaq üçün dəniz suyu məhlulu, natri xlor,

9. Xalq təbabətindən: immunitet çayı, Exinesiya, sarımsaq (yerli), zəncəfil kökü, itburnu


Paylaş

 Xəbəriniz olsun