Koronavirus Avropaya çatdı: Bu ölkədə 3 nəfər yoluxub

  • SpaceTV
  • 25 Yanvar 2020 13:15

Fransanın paytaxtı Paris və Bordo şəhərlərində koronavirusa yoluxma aşkarlanıb.

SPACE TV  xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Səhiyyə naziri Aqnes Bouzen bildirib. O qeyd edib ki, yeni növ virusa yoluxan xəstələrdən biri Bordo şəhərində qeydə alınıb:

“Çindən yeni qayıdan 48 yaşlı xəstə koronavirusa Hubey əyalətinin inzibati mərkəzi olan Uhan şəhərində yoluxub. O, yanvarın 23-də simptomlarla bağlı həkimlərə müraciət edib. Hazırda Bordo xəstəxanasında qapalı şəraitdə saxlanılır”.

Nazir əlavə edib ki, Parisdəki xəstəyə gəlincə onun haqqında məlumat azdır: “Lakin xəstə Fransaya qayıtdıqdan sonra onlarla insanla təmasda olub. O da ayrıca qapalı palataya yerləşdirilib”.

Üçüncü şəxs barədə məlumat verməyən nazir etiraf edib ki, Fransada koronavirusa yoluxanların sayı daha çox ola bilər: “Lakin aidiyyəti qurumlar virusun ölkədə yayılmasının məhdudlaşdırılması üçün hər şey edir”.

Paylaş

 Xəbəriniz olsun