Koronavirus atmosferin təmizlənməsinə səbəb oldu – NASA

  • Space TV
  • 2 Mart 2020 12:03

NASA alimləri Çində havanın təmizlənməsi ilə bağlı möhtəşəm kəşf ediblər.

SPACE TV xəbər verir ki, bu məlumatlar kosmik agentliyin peykdən çəkilmiş şəkilləri ilə təsdiqlənib.

Belə ki, NASA-nın yaydığı şəkillərdə Çində azot dioksidlərinin səviyyəsinin aşağı düşməsi müşahidə edilib.

Başlanğıcda hava Çinin Uhan şəhəri ətrafında təmizlənməyə başlayıb. Fevralın sonundan başlayaraq bu tendensiya bütün ölkə ərazisinə yayılıb.

Qeyd edək ki, azot dioksidləri avtonəqliyyat, elektrik stansiya və sənaye obyektləri tərəfindən ifraz edilir.

Paylaş

 Xəbəriniz olsun