Koronavirus ağ ciyərlərlə birgə böyrəkləri də zədələyə bilir

  • Space TV
  • 28 Aprel 2020 09:45

Son zamanlar koronavirusa yoluxan insanlar arasında böyrək çatışmazlığından əziyyət çəkənlərin sayı çoxalıb.

“New York Times” xəbər verir ki, bu barədə ABŞ və Çin həkimləri bildiriblər.

Amerikalı həkimlərin sözlərinə görə, koronavirus səbəbindən reanimasiyaya düşən xəstələrin 20-40%-də böyrək çatışmazlığı müşahidə edilir.

“Biz dəqiq bilmirik koronavirus böyrəklərə birbaşa təsir edir, yoxsa bu əlavə təsirdir. Bir neçə versiya var. Ola bilsin ki, orqanizmin immuniteti infeksiyaya qarşı aşırı dərəcədə cavab verir. Başqa sözlə, bədən virusla birgə sağlam hüceyrələrə də hücum edir və nəticədə böyrəkləri sıradan çıxardır. Başqa ehtimala əsasən, koronavirusa yoluxanlarda tromblar əmələ gəlir. Kapilyar sisteminə malik böyrək üçün isə bu ciddi təhlükəyə çevrilir”, – deyə mütəxəssislər qeyd edib.

Paylaş

 Xəbəriniz olsun