Konte – Anyelli insidentinin araşdırılmasına başlanıldı

  • Space TV
  • 11 Fevral 2021 17:22

İtaliya Futbol Federasiyasının prokuroru Cuzeppe Kine “İnter”in baş məşqçisi Antonio Konte ilə “Yuventus”un prezidenti Andrea Anyelli arasındakı insidentlə bağlı araşdırmalara başlayıb.

Spacetv.az “Calciomercato”ya istinadən xəbər verir ki, hər iki şəxsin cəzalandırılacağı gözlənilir.

Onlar iki komanda arasında qolsuz heç-heçə ilə başa çatan ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra bir-birilərini təhqir ediblər. Əvvəlcə Anyelli Kontenin ünvanına xoşagəlməz ifadələr işlədib. İtaliyalı mütəxəsiss isə ona ədəbsiz jestlə cavab verib.

Qeyd edək ki, iki oyunun nəticəsinə (2:1) görə “Yuventus” adını finala yazdırıb. “Qoca sinyora” həlledici görüşdə “Atalanta” ilə qarşılaşacaq.

Paylaş

 Xəbəriniz olsun