Yay mövsümündə yene də zəhərlənmələr özünü göstərməkdədir. Yay mövsümündə niyə qida zəhərlənmələrinin sayı artır?
Yay mövsümündə konserviləşdirilmiş qidalardan istifadə zamanı zəhərlənmələr müşahidə olunur. Xüsusən də uşaqlarda. Həkimlər də tövsiyyə edir ki, yay mövsümündə, xüsusən də isti havalarda konserviləşdirilmiş qidalardan az istifadə edilsin. Bu cür qidalardan zəhərlənmələr bəzən ağır nəticələrə də gətirib çıxarır. Ümumiyyətlə, elə qida növləri var ki, mövsümdən asılı olmayaraq onların bir-birinə qatılması zəhərlənmələrə yol açır.
Yay mövsümündə bir çox qidaların daxilində ziyanlı bakteriyalar yarana bilir. Bu da insanları xəstəxanaya qədər apara bilir. Xalq arasında yayda balıq koserviləri və konserviləşdirilmiş ət qida məhsullarının yeyilməsi təhlükəli hesab edilir. Bunun üçün də konserviləşdirilmiş ət və balıq qidalarından istifadə edərkən mümkün qədər ehtiyatlı olmalıyıq. Qida zəhərlənmələri ilə bağlı 50 müraciət daxil olsa da, onlardan 20 yaxını öz təsdiqini tapdığı vurğulanıb.
Körpələrə isə ümumiyyətlə qarpız -yemiş giləmeyvələrin vermək olmaz. Çünki tez yetişdirilən məhsul tərkibində kimyəvi maddələr olduğundan zəhərlənmə və ağır fəsadlara yol aça bilir. Həkimlər də diqətli olmağı tövsiyyə edirlər.
Tural İbrahimov Space