Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalında Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva və Azərbaycanın xalq artisti, pianoçu Murad Hüseynov konsert proqramında iştirak ediblər. Xalq artisti Murad Hüseynov musiqimizi dünyanın mötəbər səhnələrində layiqincə təmsil edən sənətkarlardandır. Məşhur violonçel ifaçısı Veliçka Yoçeva Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunudur. İfaçı bir çox nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olmaqla yanaşı Monreal Universitetində elmi fəaliyyətini davam etdirir.