Konqresin binasına daxil olan qadın etirazçı sinəsindən güllə yarası alıb-VİDEO

  • Space TV
  • 7 Yanvar 2021 10:12

ABŞ-da Konqresin binasına daxil olan etirazçılara qarşı silahdan istifadə edilib.  

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə ABŞ telekanalları məlumat yayıb.

Bildirilir ki, qadın nümayişçi sinəsindən güllə yarası alıb.

Hadisənin baş vermə anı etirazçılar tərəfindən telefona çəkilib və sürətlə sosial şəbəkələrdə paylaşılıb.

Hələlik insidentin təfərrüatları barədə məlumat verilmir.

Paylaş

 Xəbəriniz olsun