Konfrans keçirilib

  • Space TV
  • 27 Noyabr 2019 12:50

Ağdamda “Xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti” mövzusunda konfrans keçirilib. Dövlət Təhlükəsizlik Xidməti Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə terrorçuluqla bağlı dünyada baş verən tendensiyalar, terrorçuların istifadə etdiyi üsul və vasitələr haqqında ətraflı məlumatlar verilib. Çıxışlarda cəbhə bölgəsində yaşayan sakinlərin informasiya təhlükəsizliyinə daha ciddi əməl etmələri üçün maarifləndirmə işinin vacibliyi vurğulanıb. İcra strukturları, hüquq mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi  tədbirdə telefon danışıqlarında və sosial şəbəkələrdən istifadə zamanı diqqətli olmaq, tanımadığı şəxslərlə ünsiyyət zamanı hərbi  xarakterli məlumatların müzakirə edilməsinin yol verilməzliyi o cümlədən milli maraqlara zidd fəaliyyətlə bağlı şübhəli hallarda müvafiq qurumlara müraciət olunması tövsiyə edilib.

EMİN BABAYEV SPACE TV

Paylaş

 Xəbəriniz olsun