Konfrans keçirilib

  • SpaceTV
  • 17 Oktyabr 2019 16:47

“Qloballaşma dövründə medianın inkişaf trendləri: risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransının iştirakçıları rayonda bir sıra yerləri ziyarət edib. Konfrans iştirakçısı olan yerli və xarici media nümayəndələrinə ilk olaraq  rayonun tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, Qubadakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verilib.Daha sonra konfrans iştirakçıları Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksi ilə yaxından tanış olublar.Diqqətə çatdırılıb ki, Quba “ASAN xidmət” Mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə, 500 minə yaxın vətəndaşa 30 növdən çox xidmət göstərir.

Konfrans iştirakçıları “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodunda olublar. Daha sonra Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunub.Burada qonaqlara ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra burada aparılan tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Qonaqlar Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıbla

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun