KONDİSİONERLƏR VİRUSU YAYIRMI?

  • SpaceTV
  • 29 İyun 2020 11:43

Havalar çox  isti keçməsə də artıq avtobuslarda, ofislərdə, evlərdə kondisionerlər işə düşüb. Kondisionerlərin pandemiyanın yayılmasına  böyük təsiri var. Koronavirusun hava -damcı yolu ilə keçdiyini nəzərə alsaq qapalı məkanda,  havanın dövriyyəsi olmadığı yerdə,  yəni kondisioner işləyən otaqda virusa tutulan insanın ətrafdakı insanları yoluxdurma riski olduqda yüksəkdir.

Terapevt Lamiyə Nəbibəyli bildirdi ki, kondisioner işləyən otaq tez-tez havalandırılmalıdır. Həkim həmçinin kondisionerlərin evdə istifadəsinin təhlükəli olmadığını, əsasən insanların çox olduğu məkanlarda  təhlükəli olduğunu dedi.

Kondisioner ustası Mirixan …… da bildirdi ki, mövcud vəziyyətlə əlaqədar  kondisionerlər evlərdə yox, insanların çox olduğu yerlərdə,  avtobuslarda təhlükəli ola bilər.Kondisionerin funksiyası otağı soyutmaqdan ibarətdir. Ona görə də evdə olan bütün pəncərələri açmaqla otağı  havalandırmaq olar.

Bəs virusun ən çox toplandığı yerlər kondisionerin hansı hissəsidir.Usta onu belə izah edir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında  Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov kondisionerlərin koronavirusu yayması ilə bağlı təsdiq olunmuş məlumatın olmadığını bildirib. Ekspert eyni zamanda əlavə edib ki, ancaq kondisionerlərin istənilən şəraitdə istifadə edilməsi məsələsinə də həssas yanaşmaq lazımdır. “İnfeksiyaya yoluxmuş insanların uzun müddət kondisionerin altında yatması onların durumunu daha da ağırlaşdıra bilər. Eyni zamanda avtomobillərdə kondisionerlərdə daxili sirkulyasiya yəni dövriyyə  düzgün olmaya bilər, çöldəki hava ilə sirkulyasiya vacibdir. Çünki avtomobildə virus olsa, bunu yaya bilər”, – sitatın sonu.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun