Komitə fəaliyyətə başlayır

  • SpaceTV
  • 27 Avqust 2019 11:14

Səudiyyə Ərəbistanın Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin bütün vacib sahələrdə inteqrasiya olunması məqsədilə yeddi birgə komitə fəaliyyətə başlayır.  Ər-Riyadda keçirilmiş Səudiyyə Ərəbistanı və BƏƏ-nin Koordinasiya Şurasının İcraçı komitəsinin sonuncu iclasında yaradılan 7 komitə iki qardaş ölkənin çiçəklənməsi və təhlükəsizliyinə çatmaq məqsədilə inkişaf və iqtisadiyyat sahəsində strateji təşəbbüslərin və inkişaf layihələrinin hazırlanması və həyata keçirilməsi üzərində işləyəcək.

Maliyyə və sərmayə, energetika, ətraf mühit, turizm və informasiya, insan inkişafı, siyası və təhlükəsizlik məsələləri üzrə bu yeddi komitənin fəaliyyəti ikitərəfli əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlərin həlli, müxtəlif sahələrdə maneələrin aradan qaldırılması və ümumi məqsədlərə çatmağa yönəlib.

Paylaş

 Xəbəriniz olsun