Komendant postunu qanunsuz keçməyə çalışan sürücü tutuldu

  • Space TV
  • 3 Dekabr 2020 16:24

Beyləqanda komendant postunu qanunsuz keçməyə çalışan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Mersedes” markalı avtomobilə saxla işarəsi verib.

Buna baxmayaraq, sürücü hərəkətini davam etdirib. Həmin sürücü avtomobili ilə birlikdə rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib.

Araşdırmalarla onun Beyləqan rayon sakini Tural Əliyev olduğu müəyyən edilib.  Sürücü T.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunaraq, inzibati qaydada həbs edilib.

Paylaş

 Xəbəriniz olsun