Komandasının oyununu maskasız izləyən Ronaldu iradla qarşılaşdı – VİDEO

  • Space TV
  • 6 Sentyabr 2020 13:52

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Millətlər Liqasında çıxış edən komandasının Xorvatiya ilə oyununu tribunadan izləyib.

Space tv B24-yə istinadən xəbər verir ki, futbolçu karantin qaydalarını pozaraq maska ​​taxmayıb.

Bunu görən stadion işçisi 35 yaşlı futbolçuya yaxınlaşaraq koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində maska ​​taxmasını xahiş edib. Futbolçu mübahisə etmədən tələbi yerinə yetirib.

Həmin anlar kameralara düşüb.

Paylaş

 Xəbəriniz olsun