Bu gün “Kölgə iqtisadiyyatına qarşı mbarizə- iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans baş tutub. Tədbir Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar ittifaqı və Auditorlar palatasının birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda 10 ölkədən ümumilikdə 60-dan çox qurum iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd kölə iqtisadiyyatına qarşı mübarizənin metodları, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparılması olub.
Konfransda vergilər naziri Mikayıl Cabbarov Vergi islahatlarının kölgə iqtisadiyyatına təsirləri mövsuzunda çıxış edib. O vurğulayıb ki, kölgə iqtisadiyyatı yalnız vergilərdən yayınmaya şərait yaratmır həm də haqsız rəqabətin yaranmasına, ölkənin iqtisadi təhlükəsizliyinə təhdid yaradır. Onun sözlərinə görə, kölgə iqtisadiyyatı xarici investorların Azərbaycana gəlməsinə mane olur.
Dövlət Gömrük Komitəsi də kölgə iqtisadiyyatı ilə bir neçə istiqamətdə mübarizə aparır. Bunu konfransda çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib. Onun sözlərinə görə, ölkəyə idxal olunan və ölkədən ixrac olunan məhsulların insan iştirakı olmadan rəsmiləşdirilməsi bu istiqamətlərdən biridir.
Konfransda ümumilikdə 30-a yaxın təqdimat dinlənilib və müzakirə edilib.
Orxan Şükür Space