Koksaiki virusu nədir?

  • Space TV
  • 19 Dekabr 2019 11:21

Respirator virus xəstəlikləri, qızdırma, əzələ, boğaz ağrıları,dəridə səpki,bağırsaq pozğunluğu və bir çox əlamətlərlə  müşahidə  olunan “koksaiki” virusu dünyada  geniş  yayılmasına  baxmayaraq  son  dövrlərDƏ ölkəmizdə  bu virusla xəstəxanalarda qeydiyyata alınan olmayıb

Səhiyyə  Nazirliyinin  baş infeksionisti Cəlal İsayev deyir ki, son zamanlar  mövsümlə  əlaqədar  olaraq  əhali, xüsusilə  uşaqlar  arasında səpki, ishal, qusma  simptomları  ilə  müşayiət olunan  xəstəliyin koksaki virusu olmasınad dair iddialar  əsassızdır.Ancaq buna baxmayaraq “koksaiki” virusunun əlamətləri aşkarlanan xəstələr özbaşına dərman qəbul etməməli, yalnız həkim nəzarəti altında müalicə olunmalıdırlar.

Baş  infeksionistin  sözlərinə  görə çox vaxt “koksaiki” virusuna yoluxan insan  bu xəstəliyi gizli keçirdiyi üçün bəzən həmin virusa yoluxmasından  xəbərsiz olur və yatağa düşmədən , müalicə olunmadan sağala bilir. 

Pediatrlar  isə mövsümlə  əlaqədar  olaraq  hava-damcı yolu ilə yayılmış bir çox  vuruslarla yanaşı “koksai” vurusunada ara-sıra rast gəlindiyini deyirlər

Baş  infeksionist  Cəlal  İsayev  “Hər Günə” onu da bildirdi ki, hazırda  bu xəsətliklə bağlı heç bir problemi yoxdur. Əgər valideyn övladının hər hanısa bir virusa yoluxduğunu  müşahidə edirsə o halda dərhal həkimə müraciət etməlidir yalnız labaratoriya  müayinəsindən sonra  xəstəliyin  hansı virus olduğunu müəyyən etmək  mümkündür.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun