Köklənməyən musiqi

  • SpaceTV
  • 4 Dekabr 2019 15:34

Köklənən musiqi alətlərlərinin  texniki  qulluğu  qaydasında olmayanda   effektini  itirir . Bunu  təcrübəli  alətşunas  Zaur  Quliyev  belə deyir . Mütəxəsisin  sözlərinə  görə  simli klavişli  musiqi  aləti olan pianonun   materialı hidroskopik olduğundan o, nəmi özünə tez çəkir və alət şişir. Ona görə də onu +18 – +25 dərəcədə saxlamaq lazımdır. Nəmlik isə 42% – 50% olmalıdır. Pianoya düzgün qulluq etmədikdə, onun səs tembri dəyişir. Mütəxəsis   köklədiyi  alət də  30  ildən coxdur ki   köklənmir .

İxtisasça  musiqi  müəllimi olan  Arzu  İsmaylova evin  bir küncünü bəzəyən pianonu uzun illər  işlətmədiyini kökdən düşməsi ilə əlaqələndirir .

Mütəxəsis  bildirir  ki    alətin kökdən  düşməsinin bir  səbəbidə    həşarat  və   qurdların   əsas  sütun sayılan  dirəklərdə   yuva  qurması   və yaxud  yeməsidir .Bu kimi problemlərin baş verməməsi   ücün  Zaur  Quliyev  Piyonenanın  daxilinə   qoz  yarpağı  ,tütün  vəyaxud   naftalin deyilən maddədən  yerləşdirməyi məsləhət görür .  Onun sözlərinə görə həşəratlar  bu kimi qoxulardan qaçır bununlada   alətin  ömrünü  uzatmış olarıq  . Bundan başqa mütəxəsis  satın  alınan  köhnə pianolardanda danışdı

Bundan başqa mütəxəsis  bildirir ki, aləti pəncərə və qapı kandarında yerləşdirmək olmaz. Onu küləkdən qorumaq lazımdır.Pianonu qışda, küçədən evə gətirəkən o, temperatur dəyişikliyinə məruz qalır. Ona görə də aləti 1 sutka ərzində, taxta quruyana kimi silib və ya qapağını açmaq olmaz. Dəmir simləri isə quru, məxmər əski ilə silmək lazımdır.

Vasif  Vaqifoğlu   SPACE TV

Paylaş

 Xəbəriniz olsun