Kök insanlar haqqında işlətdiyi ifadələrə görə, teleaparıcı işdən çıxarıldı

  • SpaceTV
  • 30 Avqust 2019 14:25

Misirdə teleaparıcı kök insanlar haqqında işlətdiyi ifadələrə görə efirdən uzaqlaşdırılıb. Belə ki, aparıcı Riham Said kök insanları həm ailələri, həm də dövlət üçün artıq yük adlandırıb. Said gənc qızlar haqqında olan verilişinin epizodlarından birini artıq çəkili insanlara həsr edib, və bu da sonda aparıcının işini itirməsi ilə nəticələnib.

Tamaşaçılara müraciət edən aparıcı onlara səslənib: “Kök olanda həm pis görünürsüz, həm də gəzə bilmirsiniz. Üstəlik, artıq çəkili qızların evlənmək şansı da olmur”. Bu ifadələrdən sonra ciddi tənqid və təzyiqlə üzləşən aparıcı haqqında məhkəmə işi başlayıb. Onun çalışdığı “Əl Hayat TV” isə məhkəmə qərarına qədər aparıcını işdən uzaqlaşdırmağı məqsədə uyğun hesab edib.

Riham Said məsələ ilə bağlı açıqlama verərək, əslində heç kimi incitmək istəmədiyini, sadəcə piylənmənin zərərləri haqqında danışmaq məqsədi ilə bu sözləri işlətdiyini bildirib. Əleyhinə “Facebook” sosial şəbəkəsində geniş kampaniya başladılan aparıcı açıq şəkildə üzr istəyib və bir müddət ailəsi ilə məşğul olmaq üçün işindən ayrılacağını bildirib.

Paylaş

 Xəbəriniz olsun