“Fevralın 1-dən köçürülən tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər”.
Spacetv.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bildirib.
Onun sözlərinə görə, artıq gələn ayın 1-dən tələbə köçürmələrinə başlanılır:
“Fevralın 1-dən tələbə köçürmələri prosesi başlanılsa da, sessiya imtahanları bitməyəcək. Transfer zamanı tələbələrin imtahan verəcəkləri fənn üzrə qiymətləri nəzərə alınacaq”.
“Köçürülən tələbələrin vermədikləri imtahanlar isə transfer üçün heç bir problem yaratmayacaq”, – deyə o əlavə edib.