Koçaryandan şok ittiham: “Hərbi xidmətdən yayınan, bir gecə hər şeyi atıb qaçan Paşinyan”

  • Space TV
  • 28 Dekabr 2019 13:00

Nikol Paşinyan 90-cı illərdə hərbi xidmətdən yayınan, bütün ömrü boyu qəzet vasitəsilə insanlara böhtan yazan insandır.

Bu sözləri 168.am saytının “Pressinq” verilişinin efirində çıxışı zamanı Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan deyib.

Onun sözlərinə görə, Ermənistanda 1 mart 2008-ci ildə baş verən hadisələrin əsas fiqurlarından biri məhz Nikol Paşinyan olub.

“O nə edib? Hər şeyi götürüb atdı və gecə qaçdı. Məğlub olan namizəd Levon Ter-Petrosyan isə ona görə toplanmış insanları gəlib sakitləşdirə biləcəyi halda, gəlmədi, etirazçılara qoşulmadı. Bütün bunlara Paşinyan rəhbərlik edirdi. O, Fransa səfirliyinin binası yaxınlığında barrikadalar qururdu. Onların polislərə nələr atdığını özünüz də görmüsünüz”, – Koçaryan bildirib.

Paylaş

 Xəbəriniz olsun