Köçəryanın məhkəməsi qapalı keçiriləcək

  • Space TV
  • 9 Fevral 2021 15:15

Ermənistanın sabiq prezidenti Robert Köçəryan və digərlərinin işi üzrə məhkəmə qapalı şəkildə davam etdiriləcək.

Spacetv.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, müvafiq qərarı Yerevanın Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Anna Danibekyan verib.

Məlumata görə, o, R.Köçəryanın vəkili Ayk Alumyanın vəsatətini təmin edib.

Paylaş

 Xəbəriniz olsun