Klublararası dünya çempionatında “Bayern”in rəqibi bəlli oldu

  • Space TV
  • 5 Fevral 2021 10:57

Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatında yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

Spacetv.az xəbər verir ki, Misirin “Əl-Əhli” klubu yerli “Əl-Duhail”ə 1:0 hesabı ilə qalib gələrək UEFA Çempionlar Liqasının qalibi olan Almaniyanın “Bayern” klubuna rəqib olub. Digər yarımfinal görüşündə isə Meksika “Tiqres”i ilə Braziliya “Palmeyras”ı üz-üzə gələcək. Meksika çempionu Koreyanın “Ulsan” komandasını 2:1 məğlub edib. 

Qeyd edək ki, “Palmeyras” – “Tiqres” matçı fevralın 7-də, “Əl-Əhli” – “Bayern” görüşü isə ayın 8-də baş tutacaq. Dünya çempionatının üçüncü yer uğrunda oyunu və final qarşılaşması fevralın 11-də baş tutacaq.

Paylaş

 Xəbəriniz olsun