Klopp jurnalistlə Mourinyoya görə mübahisə etdi – köməyə “Google” gəldi

  • SpaceTV
  • 11 Yanvar 2020 12:26

İngiltərə Premyer Liqasının 22-ci turunda “Liverpul” səfərdə “Tottenhem”in qonağı olacaq.

SPACE TV  xəbər verir ki, Yurgen Kloppun oyundan əvvəl baş tutan mətbuat konfransında maraqlı anlar yaşanıb.

Jurnalistlərdən biri “Liverpul”un baş məşqçisindən oyunçu kimi hansının üstün olduğunu soruşub – özünün, yoxsa Mourinyonun? Alman mütəxəssis suala cavab vermədən əvvəl özü jurnalistlərə sual verib: “Kimsə Mourinyonun futbolçu kimi hansı mövqedə çıxış etdiyini bilir? Aranızda bunu bilən yoxdursa, məni də günahlandırmayın. Bilən var? Məncə, qolkiper olub. Mən bunu indi bilmək istəyirəm. “Google”da baxaq. Bizim vaxtımız var”. Kiçik axtarışdan sonra Mourinyonun yarımmüdafiəçi olduğu bildirilib. Klopp isə “Üzrlü say, Joze. O xeyriyyə matçında qol vurmuşdu”.

Mourinyo 1980-ci illərdə “Rio Ave” və “Belenenşeş” kimi klublarda forma geyinib. Klopp isə “Mayntz”da çıxış etdiyi 11 ildə 300-dən çox oyun keçirib.

Qeyd edək ki, “Tottenhem” – “Liverpul” matçı bu gün saat 21:30-da start götürəcək. 

Paylaş

 Xəbəriniz olsun