Klopp İngiltərənin ən yaxşı məşqçisi seçildi

  • Space TV
  • 15 Avqust 2020 17:00

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasında 2019-2020-ci illər mövsümünün ən yaxşı məşqçisi seçilib.

Spacetv.az-ın xəbərinə görə, bu barədə İngiltərə Premyer Liqasının rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Almaniyalı futbol mütəxəssisi öz göstəriciləri ilə “Çelsi”nin baş məşqçisi Frenk Lempardı, “Lester Siti”nin çalışdırıcısı Brendan Rodjersi və “Şeffild Yunayted”in baş məşqçisi Kris Uaylderi geridə qoyub.

Paylaş

 Xəbəriniz olsun