Kiyevi Çernobıl yanğınlarının tüstüsü bürüyür

  • SpaceTV
  • 17 Aprel 2020 14:53

Çernobıl zonasında və Jitomir vilayətində baş verən yanğınlar Ukrayna paytaxtının havasına öz təsirini göstərməyə başlayıb. Şəhərdə güclü tüstü və yanıq qoxusu müşahidə olunur. Kiyevin hakimiyyət orqanları insanları küçəyə çıxmamağa və pəncərələri bağlamağa çağırır.

SPACE TV  xəbər verir ki, bu barədə jurnalistlərə Kiyev şəhər Dövlət Administrasiyasında məlumat verilib.

Şəhər administrasiyası insanlara vəziyyəti nəzərə alaraq, açıq havada az qalmağı, pəncərələri bağlı saxlamağı, kondisionerləri və havalandırma sistemlərini qoşmağı və həmçinin daha çox su içməyi tövsiyə edir. Bununla yanaşı, paytaxtda radiasiya fonunun norma daxilində olduğu bildirilir.

Qeyd edək ki, Ukraynanın Çernobıl təcrid zonasında aprelin 4-də başlayan və 10 gün davam edən yanğın söndürülsə də, bəzi közərən ocaqlar hələ də təhlükə mənbəyi olaraq qalmışdı. Nəticədə güclü külək üç yeni ocağı yenidən alovlandıraraq vəziyyəti daha da gərginləşdirib.

Paylaş

 Xəbəriniz olsun