Kiyevdə karantin sərtləşdirildi

  • Space TV
  • 17 Avqust 2020 15:47

Avqustun 17-dən etibarən Kiyevdə karantin tədbirləri sərtləşdirilir.

Bu barədə “İnterfaks” şəhər meri Vitali Kliçkoya istinadən xəbər yayıb.

Yeni qaydalar ictimai binalarda və nəqliyyatda maskasız olmağı qadağan edir. Şəxsiyyəti müəyyən etmək üçün sənəd olmadan küçələrə çıxmaq mümkün olmayacaq.

İzolyasiya şəraitində olan insanlar üçün özbaşına təcrid və ya müşahidə yerlərini tərk etmək qadağan edilir.

Bundan əlavə, beş kvadrat metr sahədə birdən çox insanın iştirakı ilə kütləvi tədbirlər keçirmək də mümkün olmayacaq.

Paylaş

 Xəbəriniz olsun