Kivi bağlarında məhsul yığımı davam edir

  • SpaceTV
  • 5 Noyabr 2019 16:40

Kivi əkini ölkəmiz üçün yeni təsərrüfat növü sayılsa da, cənub bölgəsində sitrusçuluğun bu növünə maraq çoxdur. Bir sıra xüsusiyyətlərinə görə kivi sərfəli bitki hesab olunur. Qiyməti digər sitrus növlərinə nisbətən əlverişlidir, meyvələri gec çürüyür, 6 aya qədər saxlana bilir və daşınma zamanı az zərər görür. Belə bir bitki iqtisadi baxımdan daha sərfəlidir. Astaranın Kijəbə qəsəbəsində geniş sahədə kivi əkən fermerlər indi də əziyyətlərinin bəhrəsini yığmağa çalışırlar. Ötən illə müqayisədə bağlarda məhsulun bol olması təsərrüfat sahiblərini sevindirir.

 Cənub bölgəsində sitrus meyvələrindən daha çox dərman vasitəsi kimi istifadə olunur. İnsan orqanizimə faydalı olan C vitamini sitrus meyvələrdən kivinin tərkibində daha çoxdur. Kivi ürək-damar sistemi üçün faydalıdır. Tərkibində kalium və maqnezium mikroelementlərinin olduğu üçün arterial təzyiqi normallaşdırır. Görəsən alıcıların sağlamlığına kifayət qədər faydası olan kivi satıcıların da cibinə fayda verirmi? Həm alıcı sayı, həm də qiymətlər təsərrüfatçıları qane edirmi?

Qeyd edək ki, Astara rayonda 100 hektara yaxın kivi bağları var ki, onun da hamısı məhsuldardır. Kivi yığımı şaxtalı havalar düşənə qədər, təxminən dekabr ayına kimi davam edəcək.

Rövşən Almazoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun