KİV: “Yuventus” Ronaldu ilə müqaviləni uzatmaq istəyir

  • Space TV
  • 2 Yanvar 2020 15:04

İtaliyanın “Yuventus” klubu ulduz futbolçusu Kriştianu Ronaldu ilə müqavilənin müddətini uzatmaq istəyir.

SPACE TV”Corriere dello Sport”a istinadən xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçunun meneceri Jorje Mendeş dekabrın 29-da Turin klubunun nümayəndələri ilə danışıqlar aparıb.

Qeyd edək ki, Kriştianu Ronaldunun mövcud sözləşməsi 2022-ci ilin yayında başa çatır. O, İtaliya klubunda illik təxminən 35 milyon avro qazanır.

Paylaş

 Xəbəriniz olsun