Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ləğv olunub.
Spacetv.az-ın xəbərinə görə, bu barədə “Mediaport” saytı məlumat yayıb.
Bildirilib ki, səfərin ləğv olunmasının səbəbi N. Paşinyanın Rusiya rəhbərliyi ilə yüksək səviyyəli görüş imkanı əldə edə bilməməsi ilə bağlıdır.
“Ermənistanın Paşinyan-Putin ikitərəfli görüşünü təşkil etmək cəhdləri uğursuz olub və Baş nazirin protokol rəhbəri İrəvana geri çağrılıb”, – qeyd olunub.