Azərkitab Kitab Mərkəzinin yeni binasının açılış mərasimi olub. Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov və tanınan ziyalılar, deputatlar, Universitet rektorları, prorektorlar, akademiklər, ölkəmizin tanınmış alimləri, eyni zamanda aktyorlar, şou biznes nümayəndələri iştirak edib. Layihənin ideya müəllifi Sabir Həsənov yeni kitab mərkəzinin fəaliyyəti haqqında məlumat verib. O, qeyd edib ki, bu layihənin reallaşdırılmasında məqsəd kitabla, əvvəllər olduğu kimi, ünsiyyəti möhkəmləndirməkdir.