Kişini öldürüb, meyitini onuncu mərtəbədən aşağı atdılar

  • Space TV
  • 30 Yanvar 2020 17:49

Rusiyanın Moskva şəhərində çoxmərtəbəli binadan həyətə çılpaq kişi meyiti atılıb.

REN TV-nin xəbərinə görə, hadisə Şarikopodşipnikovskaya küçəsində baş verib.

Yoldan keçən zaman yerdə meyit görən şəxs bununla bağlı polisə xəbər verib.

Tibbi ekspertizada meyitin bədənində zorakılıq əlamətləri olduğu müəyyən edilib.

Məlum olub ki, meyit onuncu mərtəbədə yaşayan, əvvəl məhkum olunmuş qadın tərəfindən atılıb.

Qeyd edək ki, evdən qan izləri aşkarlanıb.

Paylaş

 Xəbəriniz olsun