Kişilər daha keçmiş həyat yoldaşlarını döyə bilməyəcəklər

  • SpaceTV
  • 5 Sentyabr 2019 12:34

Space TV Xarici mətbuata istinadən xəbər verir ki, Fransada ailə zorakılığına qarşı mübarizədə elektron qolbaqlardan istifadə ediləcək.   Fransanın Ədliyyə naziri Nikol Belube məlumat verib ki, bu cür qolbaqlar qadınlara qarşı zorakılığa yol verən hazırkı və keçmiş həyat yoldaşlarına məcburi şəkildə taxılacaq. Qolbaq siqnal verməklə kişinin qadına yaxınlaşmasına imkan verməyəcək. Ölkəyə 5-6 milyon avroya başa gələcək qolbaqlar qadınlara qarşı zorakılığın qarşısının alınması tədbirlərindən biri kimi 2020-ci ildən etibarən tətbiq ediləcək.

Qeyd edək ki, hazırda Fransada bu qolbaqlar yalnız qadınlara qarşı zorakılığa yol vermiş məhkum kişilərə tətbiq olunur. 2018-ci ildə Fransada indiki və keçmiş həyat yoldaşları tərəfindən 149 qadın öldürülüb. Bu ilin 8 ayı ərzində isə eyni səbəbdən daha 101 qadın ölüb.

Paylaş

 Xəbəriniz olsun