Kişi sonsuzluğunun səbəbləri

  • Space TV
  • 3 Dekabr 2019 18:04

Bütün dünyada olduğu kimi Azərbaycanda da sonsuzluq artmaqdadır. Ələlxüsus da kişi sonsuzluğu. Bildirilir ki, son illərdə yeni ailə quran çütlüklərdə bu problemlər  təxminən 15% artıb. Süni mayalanma ilə bağlı müraciət edənlərin əksəriyyətində də problem kişilərdə olur. Səbəblər isə  müxtəlifdir. Nəzarətsiz dərman qəbulu, düzgün qidalanmama, əsəb, stres, müxtəlif texnologiya nümunələri, alkoqol qəbulu, narkomaniya, tütün çəkmə həttaistifadə etdiyimiz wi-fi belə kişi sonsuzluğuna səbəb ola bilər.

Kişi sonsuzluğuna səbəb olan amillərdən biri də infeksion xəstəliklərdir. Bunlardan biri  qulaq dibi kimi tanınan xəstəlikdir.

Sonsuqluğun səbəbləri çoxdur. Vaxtında aparılmış müayinələr zamanı sonsuzluğu yaradan səbəblər aşkar olunarsa yeni qurulmuş ailədə sonsuzluq problemi ilə qarşılaşma halları az olar.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun