Kişi şahmatçılarımız Avropa çempionatında Fransa komandasına qalib gəldi

  • SpaceTV
  • 25 Oktyabr 2019 19:14

Kişi şahmatçılardan ibarət millimiz Batumidə komandalararası Avropa çempionatının ikinci turunu uğurla başa vurub.

SPACE TV  xəbər verir ki, yığmamız Fransa komandasına 2:5:1,5 hesabla qalib gəlib.

Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov Maksim Laqarde, Arkadi Naydiç Eduard Romeyn, Qədir Hüseynov isə Tiqran Qaramyanla heç-heçə ediblər. Rauf Məmmədov Mark Maurizini məğlub edərək komandamızın aktivinə 1 xal yazdırıb. Onun bu qələbəsi komandamızın Fransa yığması üzərində üstünlüyünü təmin edib.

Kişi şahmatçılarımız birinci turda Serbiya yığmasına 3,5:0,5 hesabı ilə qalib gəliblər.

Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə 3 dəfə Avropa çempionu olub.

Paylaş

 Xəbəriniz olsun