Kişi keçmiş həyat yoldaşının evini yandırıb

  • SpaceTV
  • 19 Sentyabr 2020 11:52

Bərdədə kişi keçmiş həyat yoldaşının evinə od vurub. Space TV xəbər verir ki,  hadisə rayonun Körpüqıran kəndində qeydə alınıb.

Ev sahibinin sözlərinə görə, keçmiş həyat yoldaşı davamlı olaraq ona və uşaqlarına hədə-qorxu gəlib və  yaşadıqları evi yandıracağı ilə hədələyir.

Zərərçəkənin sözlərinə görə, hətta keçmiş həyat yoldaşı onların evindən oğurluq da edib.

Hadisə zamanı ümumi sahəsi 110 kv/m olan birmərtəbəli evin dam örtüyü və ev əşyaları yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, bu günə kimi qadınla keçmiş həyat yoldaşının münasibətləri yaxşı olmayıb.  Qeyd edək ki, alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin keçmiş həyat yoldaşı Sevindik Nəzərov şübhəli şəxs qismində saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun