Kişi arvadını və qızını güllələyib qaçdı

  • Space TV
  • 6 Mart 2020 16:47

Türkiyənin İstanbul şəhərində kişi bir gündə üç nəfəri güllələyib.

“Haber Global”ın yaydığı məlumata görə, Şevket Ç. yaşadığı binanın girişində yerləşən mağazanın satıcısı Bülent Yararı güllə ilə vurub.

Bundan sonra o, birinci mərtəbədə yerləşən evinə gedib 18 yaşlı qızı Selin Ç.-ni başından güllələyib. Ona mane olmaq istəyən arvadını isə qarnından və kürəyindən tapança ilə vurub.

Hadisə yerinə gəlmək istəyən qonşuları qorxutmağa çalışan Şevket Ç. havaya bir neçə dəfə atəş açaraq, taksi ilə oradan uzaqlaşıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis Şevket Ç.-nin axtarışına başlayıb.

Paylaş

 Xəbəriniz olsun