Kirayə mənzillər

  • SpaceTV
  • 4 Noyabr 2019 16:09

Artıq İpoteka və Kredit Zəmanət  Fondu kirayə mənzil mexanizminin fəaliyyətinin təmin edilməsi ilə bağlı hazırlıq işlərini yekunlaşdırıb. Bu mexanizmə aid olan biznes prosesləri tənzimləyəcək normativ hüquqi baza hazırlanıb. Vətəndaşlara  operativ  xidmət  göstərilməsi və şəffaflığın təmin edilməsi üçün Asan  Xidmət Mərkəzi ilə əməkdaşlıq əldə olunub.

Bəs kirayə mənzilə sahib olmaq üçün necə müraicət etmək mümkün olacaq?. İpoteka və Kredit Zəmanət  Fondunun kirayə mənzil departamentinin direktoru  Ramin Tahirov deyir ki, təsdiq olunmuş qaydalara görə, müraciətlər elektron sistemlə növbəlilik  əsasında qeydiyyata alınıb baxılacaq. Bundan başqa fond 5 iş günü  müddətində  kirayə  müqaviləsinin bağlanmasına  dair  razılıq  və ya əsaslandırılmış  imtina barədə qərar qəbul edəcək, 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq.

Fond vətəndaşlara öz vəsaiti hesabına aldığı və ya onun mülkiyyətinə keçən mənzilləri kirayə kimi təklif edəcək. Bu mənzillər 2013-cü ildən sonra istifadəyə  verilmiş tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş mənzillər olacaq. Fondun departament direktorunun  sözlərinə görə mənzil  kirayəçinin istifadəsinə verildikdən sonra yaşayış sahəsinin təmir səviyyəsinin yaxşılaşdırılması və əlavə təmirlə bağlı xərclər kirayəçinin vəsaiti hesabına həyata keçiriləcək.

Fonddan kirayə mənzil götürmüş şəxsödənişləri tam həyata keçirənə  kimi mənzil fondun mülkiyyətində saxlanılır. O, ki, qaldı fond hansı halda vətəndaşdan mənzili geri almaq hüququ əldə edə bilər.

İpoteka və  Kredit  Zəmanət fondundan “Hər Gün”ə o da bildirildi ki, Fond kirayə mənzil mexanizminin icrasina yaxın vaxtlarda  başlayacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun