Karatın rejimi başladığı ilk gündənetibarən kirayə mənzillərin qiymətlərində kəskin ucuzlaşma müşahidə olunur. Əmlak Eksperti Elnur Fərzəliyev bildirdi ki, karantin müddəti bitənə qədər kirayə məzillərdə qiymət artımı olmayacaq. Bu ucuzlaşma qarşıdakı aylarda da davam edəcək.
Karantin dövründə alqı-satqı prosesləri demək olar ki, aparılmır. Bu da daşınmaz əmlak bazarında tələbatın və qiymətlərin kəskin azalmasına gətirib çıxarır. Mənzil bazarının tənzimlənməsi üçün yeni ipoteka və digər kreditlər ayrılsa, daşınmaz əmlak bazarında vəziyyət stabilləşə bilər.
Əmlak eksperti onu da bildirdi ki, daşınmaz əmlak bazarında istər kirayə, istərsə satış bazarının əvvəki vəziyyətə qayıtması üçün bir qədər vaxt lazım olacaq.
NURLAN OKTAYOĞLU SPACE TV