Kirayə mənzil bazarında qiymətlər

  • SpaceTV
  • 21 Oktyabr 2019 18:01

 “2015-2016-cı illərdən fərqli olaraq 2018-2019-cu illərdə kirayə mənzil bazarında qiymətlərdə artım müşahidə edilir. Ekspertlər bildirir ki, son illərdə 10 faizə qədər artım qeydə alınıb. Kirayə bazarının təxminən 20 faizini tələbələr təşkil edir. Lakin onlar da bildirir ki, son vaxtlar kirayə mənzil bazarında ev tapmaq müşkülə çevrilib.”

Hüseyn Baxşəliyev də onlardan biridir. Mədəniyyət və incəsənət universitetinin tələbəsi olan Hüseyn Tovuz rayonundandır. Bildirir ki, rayondan paytaxta gələrkən kirayə ev üçün 1 çox yerlərə müraciət edib. 

Daha çox isə bina evlərinə tələbat çoxdur. Məsələn, əvvəllər universitet ətrafı ərazilərdə yerləşən mənzillərin qiyməti 250-280 manat arasında təklif edilirdisə, indi belə mənzillər 330-350, hətta 400 manata da təklif edilir.

 “ Tələbin artan fonunda təklif portfelinin azalması və təklif portfelində struktur dəyişilliyi ilə bağlıdır.”

Yəni,tələb ucuz və köhnə mənzillərədir, lakin təklif portfelində bahalı evlərin payı artmaqdadır. Onu da qeyd edək ki, turistlər isə  günlük qiymətlərlə ev kirayələməkdə maraqlıdırlar.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun