Kirayə mənzil bazarında artım müşahidə olunur

  • Space TV
  • 17 Sentyabr 2020 13:26

Kirayə evlərin qiymətində artım müşahidə olunur. Space TV xəbər verir ki, əsasən bir vaxtlar ucuz olan mənzillərdə müşahidə edilən bu artım yeni tədris ilinin başlaması ilə əlaqədardır.  Ali təhsil müəssisələrində dəsrlərin başlanması ilə əlaqədar tələbələr  yenidən paytaxta – kirayə  evlərə  üz  tuturlar. Ekspertlər bildirir ki, bu dövrdə tələbat olduğundan   kirayə  evlərin qiymətlərində   artım hiss olunur.

Bu ay müəyyən səbəblərə görə kirayə evlərin qiymətində artım müşahidə olunsa da keçən illə müqayisədə qiymətlərdə azalma müşahidə edilir.  Ekspertlər bunu pandemiya ilə əlaqədar ölkəyə bu il turist axınının olmaması ilə əlaqələndirirlər.

Kirayə evlərin qiyməti həm də mənzilin yerləşdiyi əraziyə görə dəyişir. Metro yaxınlığında, nəqliyyata və təhsil ocaqlarına yaxın yerlərdə qiymətlər daha yüksəkdir.

Paylaş

 Xəbəriniz olsun