Kirayə mənzil əldə etmək istəyənlərə xəbərimiz var Müraciət qəbulu başladı.

  • Space TV
  • 2 Mart 2020 12:28

Artıq fondun elektron ipoteka və kredit zəmanət sistemində kirayə mənzil modulu vətəndaşlar üçün elektron kabinetin yaradılması və müraciətin formalaşdırılması üçün açıqdır.Vətəndaşlar elektron kabinetlərini və müraciətlərini formalaşdırarkən bunu mərhələli şəkildə həyata keçirəcəklər.

Daha sonra məlumatların emalı prossesi yekunlaşdıqdan sonra vətəndaşın elektron kabinetinə müraciətlərin başlaması tarixi barədə bildiriş göndərilir.Vətəndaş bildiriş tarixini əldə etdikdən sonra həmin tarixdə elektron kabinet vasitəsilə kirayə mənzil üçün müraciətini göndərəcək .Müraciət göndərdikdən sonra vətəndaşın elektron kabinetinə növbəlilik əsasında sənədlərin qəbul tarixi barədə bildiriş göndəriləcək.həmin bildirişdə göndərilən ünvanda və vaxtda vətəndaş həmin ünvanlara müraciət edərək sənədlərini təqdim edəcək.

Bundan əvvəl ilkin mərhələdə ipoteka və zəmanət fondu tərəfindən 331 mənzil təklif olunmuşdu.Bu gün isə 530 mənzil təklif edir.Fondun  vətəndaşlara təqdim etdiyi mənzillər Bakı , Xırdalan , Sumqayıt ərazilərindəndir.Bakı şəhəri üzrə minumum qiymət 411,Xırdalanda 333,Sumqayıtda isə 297 manatdan başlayır.

Qeyd edək ki, vətəndaşlara xidmət 2 saylı Bakı asan kommunal mərkəzi və Sumqayıt asan xidmət mərkəzləri vasitəsilə həyata keçiriləcək.

LALƏ ÜLVİQIZI  SPACE TV

Paylaş

 Xəbəriniz olsun