Kinkan yığımı başlanılıb

  • SpaceTV
  • 10 Dekabr 2019 17:21

Kinkan cənub bölgəsində daha çox Astara və Lənkəranda becərilir. Kütləvi yetişdirilməsinə ötən əsrin 70-80-ci illərindən başlanılıb. Xəstəliklərə qarşı davamlı olan kinkan bitkisi xüsusi və yüksək qulluq tələb etmir.

Digər sitrus meyvələri ilə müqayisədə, daha tez, yəni əkildikdən 2 il sonra bar verir. Ağaclar yaşa dolduqca isə daha da məhsuldar olur. Hər bir ağacdan orta hesabla 10-15 kiloqram məhsul əldə edən təsərrüfatçıların kinkan əsas gəlir mənbəyidir.

 Dadına görə portağalı xatırladan və C vitamini ilə zəngin olan kinkandan şəkərli diabetdən və təzyiqdən əziyyət çəkən insanlar istifadə edərkən müsbət nəticələr ala bilirlər. Vətəni əsasən Çin sayılan kinkanı qabığı ilə birlikdə yeyirlər.

Mərhələlərlə yetişən kinkanın qiyməti isə 1 manat 50 qəpiklə 2 manat arasında dəyişir. Məhsul yerli bazarlarla yanaşı Rusiyaya da ixrac olunur.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun