Kimlər torpaq uğrunda qan tökənlərdən bir qarış torpağı əsirgəyir? – VİDEO

  • Space TV
  • 24 Avqust 2020 11:39

Şəmkir rayonunda Qarabağ müharibəsi   veteranı   Əfqan İsgəndərov heyvandarlıq  təsərrüfatını  inkişaf etdirə bilməməsindən şikayətcidir. Onun sözlərinə görə,   özünüidarəetmə orqanı olan  bələdiyyə ona  torpaq  sahəsi  ayırmır. Space TV-nin məlumatına görə, rayonun Ağlavaşlar kənd sakini  iddia edir  ki, uzun illərdir  bələdiyyə  sədri  ona  torpaq  vermir,  o isə mal-qarasını   qonşu rayon olan Göygöl ərazisində  açıq hava altında  saxlamaq məcburiyyətində qalıb. Səyyar  ferma  şəklində olan  təsərrüfatdakı heyvanlar   yağış,  külək  bilmədən  bu ərazidə  gecələyir.  Hətta  təsərrüfat  sahibi də   qoşqu  üzəridə  carpayı  qurmaqla  heyvanların yanında  gecələyir. 70 baş iribuynuzlu  heyvanı olan Əfqan İsgəndərov iddia edir ki, bələdiyyənin  balansında olan torpaq sahəsi, ona pul, yəni  rüşvət  müqabilində  təklif edilir: bir hektarı 2500 manata.

Əfqan İsgəndərovun səsinə səs verən Ağlavaşlar kəndindən bir necə   veteran və  qazi də   eyni  problemlə  üzləşdiklərini deyirlər.  Amma  dərdlərinə carə  tapa  bilmirlər. 

Şikayətçilər iddia edir ki,  onlara bələdiyyə tərəfindən  təklif olunan torpaq sahəsi  yararsız  və   dəmyə   sahəsidir. Bu ərazidə  su xəttinin olmadığını,   üstəgəl  ərazini  əkin sahəsinə çevirmək ücün  əlavə   xərcə  ehtiyac olduğunu  da  bildirdilər.  Şikayətçilər  yararlı  torpaq  sahəsini bələdiyyə  sədrinin yaxınlarının aldığını   dedilər .

Məsələ ilə bağlı  üz tutduq  Ağlavaşlar kənd  bələdiyyəsinə. Bələdiyyə  sədri  Elşən Mehtiyev bildirdi ki,  bələdiyyənin balansında 325 hektar  örüş torpaq  sahəsi, 29 hektar da  əkinə yaralı sahə var. Onun da  86 hektarı hazırda  istifadədədir. Yerdə  qalan sahələr isə  əhalinin ümumi  istifadəsindədir.   Kənddə yaşayan  Qarabağ qazisi  və   veteranlarının bir  qrupu əkin əkmək ücün   torpaqla bağlı ötən il  müraciət  ediblər.  Sədr bildirdi ki,  torpaq  kimliyindən asılı olmayaraq  hərrac  yolu ilə  icarəyə  verilir. Şikayətçilərin  müraciəti əsasında  bütün sənədlər   bu ilin fevralından  toplanaraq  aidiyyatı quruma  göndərilib. Sadəcə ölkədə  hökm sürən pandemiyaya  görə   gecikmələr  var.  Bələdiyyə  sədri bildirir ki, şikayətcilərin əsas istəyi   torpağın hərraca  cıxmadan onlara  verilməsidir.  Amma   bu  qanunla  qadağandır.

O ki  qaldı  yararlı  torpaqların  bələdiyyə sədrinin  yaxın  qohum-  əqrabasına verilməsinə,   sədr  bildirdi ki,   torpaqla bağlı islahatların həyata keçirildiyi  bir  dövrdə,   1998-ci ildə   qardaşı  coban kimi işlədiyi  fermanı  aqrar islahat nəticəsində icarəyə  götürüb,  daha sonra isə  mülkiyyət  hüququ  qazanıb. 

Paylaş

 Xəbəriniz olsun