Kimlər övladlığa uşaq götürə bilər?

  • SpaceTV
  • 25 Sentyabr 2020 13:07

Övladlığa götürülmə ilə bağlı yeni qaydalar tətbiq edilir. Space TV xəbər verir ki, “Valideyn  himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə” altsisteminin tətbiqinə başlanılandan ölkə üzrə  20 uşaq övladlığa verilib. Övladlığa götürülən uşaqlardan dördü ögey ata-ananın müraciəti əsasında, 12 uşaq yaxın qohumlar arasında razılaşma ilə övladlığa verilib. Bir müraciət isə valideynlər arasında razılaşma əsasında olub. Üç uşaq isə müəssisədən götürülüb.

Vəkil Siracəddin Kərimovun sözlərinə görə, istənilən şəxsin övladlığa götürülməsi qanunən mümkün olsa da, bir sıra qaydalar var ki, onlara əməl etmək mütləqdir. Övladlığa götürənin mənafeyi ilə övladlığa götürülən şəxsin mənafeyi uyğunluq təşkil etməli, yaşayış tərzi normal, sağlamlıq durumu yerində olmalıdır.

Bu günə kimiSosial Xidmətlər Agentliyinin tabeliyindəki övladlığa götürmə departamenti tərəfindən 21 müəssisə üzərindən 1500-ə qədər uşaq qeydiyyata alınıb ki, onlardan da yalnız 50-si övladlığa götürülə biləcək uşaqlardır.

Qeyd edək ki, müəssisələrdə yerləşdirilən uşaqların hamsı qəyyumluq üçün uyğun deyil. Qəyyumluq üçün müraciət edəcək valideynlər e-sosial internet portalından  övladlığa götürmə altsisteminə daxil olaraq övladlığa götürülə biləcək uşaqların statistikası  ilə tanış ola bilərlər.

Nərmin Vüqarqızı, Fariz Şixəlizadə, Space TV

Paylaş

 Xəbəriniz olsun