“Keşlə” Tərlan Əhmədovla yolları ayırdı

  • SpaceTV
  • 8 Avqust 2020 15:14

“Keşlə” futbol klubunun Müşahidə Şurası bu gün keçirilən iclasda baş məşqçi Tərlan Əhmədovla müqavilənin uzadılmamasına qərar verib.

Bu barədə klubun sosial media hesabında məlumat paylaşılıb.

Baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq məşqçi Zaur İsmayılov icra edəcək.

Qeyd edək ki, Tərlan Əhmədov komandanı bürünc medalçı edib, avrokuboklara çıxarsa da, klub rəhbərliyi ilə müəyyən problemləri vardı.

Onunla klubun Müşahidə Şurasının sədri Zaur Axundovla arasındakı anlaşılmazlıq komandadan əsas futbolçuların göndərilməsi idi.

Paylaş

 Xəbəriniz olsun